XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2020 - 02:00

“Sülhməramlıların daha bir karvanı Rusiyadan Azərbaycana keçərək Xankəndiyə çatıb” –Rusiya Müdafiə Nazirliyi

Rusiya sülhməramlılarının növbəti karvanı Rusiya-Azərbaycan sərhədindən keçərək Xankəndiyə gəlib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 28-də sülhməramlılardan ibarət şəxsi heyət, avtomobil və xüsusi nəqliyyat vasitələri, habelə digər maddi-texniki təchizat vasitələri Rusiyadan qatarla Azərbaycana yola salınıb. Sözügedən hərbi təchizat vasitələri və yüklər noyabrın 29-da Bərdə dəmir yolu stansiyasına çatıb. Daha sonra Azərbaycan hərbi polisinin müşayiəti ilə Xankəndiyə gətirilib.

Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirilib ki, hazırda bütün təmas xətti boyunca atəşkəs müşahidə edilir. /APA