XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2020 - 14:38

İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs ölüb –ANAMA

1999 və 2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki əhali həlak olub, 2418 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğuara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır. O qeyd edib ki, bununla bağlı vərəndaşların rayon polis idarısinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.