XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2020 - 14:59

ANAMA vətəndaşlara müraciət etdi:"İşğaldan azad edilən ərazilərə daxil olmamağa çağırırıq"

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) vətəndaşlara müraciət edib.

ANAMA direktoru Qəzənfər Əhmədov vətəndaşları naməlum əşyalara toxunmamağa çağırıb.

Onun sözlərinə görə, naməlum əşya ilə rastlaşarkən zaman dərhal 102 xiidmətinə, FHN-nin “Qaynar xətti”nə, həmin rayon və şəhər üzrə polis bölmələrinə məlumat vermək lazımdır:

“Vətəndaşları işğaldan azad edilən ərazilərə daxil olmamağa çağırırıq. Çünki orda minaya düşmək riski çox yüksəkdi. Yaxın gələcəkdə insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılacaq”.