XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2020 - 16:05

Həftəsonu baş verən qəzalarda 4 nəfər ölüb –DİN

Azərbaycanda şənbə və bazar günləri baş verən yol qəzalarının statistikası açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Ölənlərdən 3-ü kişi, 1-i qadın olub.