“Bu ziyanvericinin və milləti məhvə aparanın dediklərini şərh etmək mənasızdır”.
“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın adından onun mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.
“Qoy nə istəyir danışsın. Onunsuz da onun bəraət qazanmağa şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, – A.Musinyan sabiq dövlət başçısının mesajını çatdırarkən yazıb. (report)