XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2020 - 17:18

İran Qarabağın bərpasında iştirak etməyə hazırdır –Vitse-prezident

İran müharibədən zərər çəkən Dağlıq Qarabağ və ətrafındakı rayonların bərpa olunmasında iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu İran prezidentinin 1-ci müavini Eshaq Cahangiri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Baş nazirlərinin 19-cu iclasında deyib.

E.Cahangirinin sözlərinə görə, İran bu məqsədlə öz iqtisadi, xüsusilə də enerji və tranzit sahəsindəki potensiallarından istifadə edə bilər:

“İran İslam Respublikası region və qonşu ölkələrin təhlükəsizliyi və stabilliyini öz təhlükəsizliyi və stabilliyi hesab edir və Dağlıq Qarabağda sülhün bərpa olunmasını müsbət qarşılayır.

İran ümid edir ki, bölgədə hərbi qarşıdurmanın başa çatması iqtisadi dirçəlişin başlanğıcı olacaq”.