XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 17:52

“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi –Prezident qanunu təsdiqlədi

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib. 

Strateq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

“Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

Məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti  tərəfindən  irəli sürülmüş vəsatətlərə əsasən veriləcək.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Prezidentinin aktı təqdim ediləcək.