XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

24 May 2015 - 09:37

Prezident yeni fərman verdi, maliyyə əməliyyatları nəzarətə alındı

Azərbaycan prezidenti İlham Əliyev yeni fərman imzalayıb.

Strateq.az xəbər verir ki, Fərman Mərkəz Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin təsdiq edilməsindən bəhs edir.
Fərmanda aşağıdakı məsələlər öz həllini tapıb:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanmış saziş təsdiq edilib.

2. Həmçinin Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilmək tapşırlıb.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası hökumətinə bildiriş göndərəcək.