XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 14:51

Akif Qurbanov:“Koronavirusa yoluxmanı nəzarətə götürmək üçün əlavə tədbirlərə ehtiyac var”

“Bu gün koronavirusa yoluxma sayının nəzarətə götürülməsi üçün əlavə tədbirlərə ehtiyac var”.

APA-nın məlumatına görə, bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, pandemiya başlayandan indiyə qədər dövlət səviyyəsində ən yüksək tədbirlər görülməkdədir: “Tez zamanda modul tipli xəstəxanalar istifadəyə verildi, ölkəyə yeni preparatlar gətirildi, bütün həkimlər səfərbər edildi, xarici mütəxəssislər cəlb olundu. Bunlar görülən tədbirlərin ancaq bir hissəsidir. Hazırda dünyada yoluxma sayı 60 milyonu keçib. Bu gün bütün dünya xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirir. Ancaq yenə də pandemiyanın yayılması səngimək bilmir. Bu gün sadəcə qorunma tədbirlərindən başqa çarəmiz yoxdur. Hazırda xəstəliyə qarşı əlimizdə vaksin, preparat yoxdur. Qorunma tədbirlərinə düzgün əməl etməliyik. Maskadan düzgün istifadə etməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Lüzum olmadan yaxınlaşmaq, təmas lazım deyil. Əllərin tez-tez yuyulması çox vacibdir”.