XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 19:28

Cavuşoğlu NATO XİN başçıları toplantısında bəzi ölkələri tənqid etdi:“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”

“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”.

APA-nın yerli bürosunun xəbərə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin bu gün telekonfrans formatında keçirilən toplantısında Fransa və Yunanıstan xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni tənqid etməsinə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu belə cavab verib.

Bu barədə Türkiyə diplomatik mənbələrindən “CNN Türk”ə verilən məlumatda qeyd olunub.

Diplomatik mənbələrdən o da bildirilib ki, NATO-ya üzv ölkələrin XİN başçıları toplantısında Türkiyənin təcrid edilməsi haqqında deyilənlər həqiqətən uzaqdır: “İclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib”, –  deyə bildirilib.