XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 16:08

Azərbaycanda qətl və dələduzluqda təqsirləndirilən iş adamı saxlanılıb –Türkiyədə

Türkiyədə İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan azərbaycanlı iş adamı Sadiq Mehdiyev saxlanılıb.

 “Hürriyet” qəzetinin verdiyi məlumata görə, qəsdən adam öldürməkdə və dələduzluqda təqsirləndirilən 33 yaşlı iş adamı İstanbulda Bağcılar rayonunda tutulub.

S.Mehdiyev Azərbaycanda məhkəmə tərəfindən haqqında saxlama barədə qərar verildikdən sonra 2017-ci ildə Türkiyəyə qaçıb, müxtəlif ünvanlarda gizlənib.

Qeyd edək ki, S. Mehdiyev Azərbaycanda özünü tikinti şirkətinin rəhbəri kimi təqdim edərək çoxlu sayda insanı aldadaraq pulunu mənimsəməkdə, mübahisə zamanı isə bir nəfəri bıçaqlayaraq qətlə yetirməkdə şübhəli sayılır/APA.