XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 17:15

Lavrov ATƏT-ə yeni təklif verdi:"Qeyri-formal işçi qrupu yaradılmalıdır"

Rusiya ATƏT-in effektivliyinin artırılması üçün qeyri-formal işçi qrupun yaradılmasını təklif edib.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici işlər nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.

“Gələcək İsveç sədrliyinə ATƏT-in effektivliyini yüksəltmək üçün qeyri-formal işçi qrupu təsis etməyi təklif edirik”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov bildirib ki, ATƏT-dəki islahat şəffaflığın artmasına və katibliyin, institutların işinin və seçkiləri müşahidə metodologiyasının təkmilləşdirilməsinə, tədbir proqramlarının və XİN Şurasına hazırlığın optimallaşdırılmasına, büdcə prosesinin yaxşılaşdırılmasına istiqamətlənməlidir.

Onun sözlərinə görə, bu, sıfırdan başlamaq üçün bir çağırış deyil: “Son onilliklər ərzində formalaşmış, bir-biri ilə əlaqəli ATƏT öhdəliklərinin kompleksinə yeni nəfəs gətirmək vacibdir. Əgər təşkilata üzv dövlətlərin özü tərəfindən ATƏT-ə ehtiyac duyulmursa, onda onun gələcəyi olmayacaq. ATƏT-in yeni vəzifəli şəxsləri bu vəziyyəti tam şəkildə dərk etməli, öz praktiki işlərində həyəcanlandırıcı tendensiyanı nəzərə almalıdırlar. Onlar bu və ya digər dövlətlərin təklifləri ilə deyil, əsas qaydaların və konsensus prinsipinin möhkəmləndirilməsi naminə qərəzsiz və məsuliyyətli hərəkət etməlidirlər”/APA.