XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 15:47

Peskovun qızından Putini qəzəbləndirəcək sözlər:"Rusiyada təhsil ölüb, gənclər təzyiq altındadır" (FOTOLAR)

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun gənc qızı Yelizaveta Peskovanın «İnstagram» hesabından paylaşdığı fikirlər medianın diqqətini çəkib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Yelizaveta 8 yaşından anası – Peskovun keçmiş həyatı yoldaşı ilə birgə Fransada yaşayır. 

"Avropada mənə gülürdülər ki, siz ruslar niyə beləsiz?!"

Təhsil üçün bir müddət əvvəl Moskvaya gəldiyini xatırladan Yelizaveta Rusiyadakı təhsil sistemindən olduqca narazı qaldığını deyir. Elə bu səbəbdən də gənc qız təhsilini yarımçıq qoyaraq Fransaya qayıdıb: «Hazırda Fransada marketinq imtahanına hazırlaşıram və 3 il əvvəl Rusiyaya getdiyim vaxtı xatırlayıram. Açıq deyim ki, cəhənnəm əzabı idi. Rusiya təhsil sistemini təcili dəyişmək lazımdır. Hesab edirəm ki, bunu istəyən təkcə mən deyiləm. Bağışlayın, amma onlara elə gəlir ki, yer üzündəki bütün informasiyaları bilmək lazımdır. Avropada müəllimlər stol arxasında oturub hər şeyi elə danışırlar ki, sanki biz şagird yox, onların nəvələriyik. Sadəcə həzz alırsan. İnanın ki, çox nadir hallarda kiminsə yuxusu gəlir və ya kimsə telefonda qurdalanmaq istəyir. Tələbələr imtahana telefon və ya hazır cavabları keçirmək barədə düşünmürlər belə. Avropada mənə gülürdülər ki, siz ruslar niyə beləsiniz?! İmtahanı bu qədər mürəkkəb etməyə nə ehtiyac var ki, əgər cavabları istənilən şəkildə tapmaq olur və çoxu da pulla qiymət alır. Düzdür, belə şeylər bütün dünyada var. Amma heç də hər yerdə çalışmırlar ki, imtahanda cavabları  köçürsünlər. Bu, təkcə onların günahı deyil. Rusiya məktəbləri və universitetlərində tədris olunanların hamısını yadda saxlamaq həqiqətən çətindir. Düzünü desəm, Fransada universitetdə mən daha çox şey öyrəndim, nəinki bir il Moskva Dövlət Universitetində oxuyanda. Rusiyada gənclər daimi təzyiq altındadır, Avropada isə hər şeyi əyləncəli oyun halına gətiriblər. Rusiyada təhsil sistemi ölüb. Amma onu diriltmək olar. Və bunu təcili etmək lazımdır». 

"Rusiyada yalnız təminatlı insanlar yaxşı yaşaya bilir"

Peskovun qızı təhsilini yarımçıq qoyub Fransaya qayıdarkən «qazeta.ru»ya müsahibəsində bunları demişdi: «Universiteti atıb Fransaya qayıtmaq istəyirəm. Anam Parisdə yaşayır. Orada marketinq və biznes üzrə təhsil alacam. Buradakı təzyiqlərdən sıxılmışam. Media Krıma gedib dincəlməyimi, Fransaya getməyimi – hər şeyi mühakimə edir. Mənim 17 yaşım var və hələ həyatda heç nəyə nail olmamışam. Yalnız atama görə mühakimə etmələri normal deyil. Rusiyada yalnız təminatlı insanlar yaxşı yaşaya bilir. Avropa isə əsasən sadə insanların həyat tərzi üçün əlverişlidir. Avropadakı yaşıdlarımın mentaliteti, həyata baxışı çox xoşuma gəlir. Avropa mühitində özümü daha yaxşı hiss edirəm. Amma bu o demək deyil ki, Rusiyanı sevmirəm». 

Yelizaveta onu da bildirib ki, hazırda Parisdə təhsilini davam etdirməklə yanaşı, hər bazar günü mağazada satıcı-məsləhətçi işləyir.