XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 12:21

Restoranlarda bir neçə toy məclisi keçirilib –Polis araşdırmalara başlayıb

Azərbaycanda restoranlarda bir neçə toy məclisi keçirilib.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a açıqlamasında bildirib ki, hazırda videogörüntülərlə bağlı araşdırma aparılır:

“Məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağandır.