XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 14:49

Vətən müharibəsi şəhidləri Bibiheybət məscidində anılıb –FOTO

Bu gün Bibiheybət məscid-ziyarətgah kompleksində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Günorta namazında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman əsgər və zabitlərimiz yad olunub, ruhlarına dualar oxunub.

Namazda iştirak edən, məscidin axundu Rahim Babayev və digər dindarlar yaralılara Allahdan şəfa istəyiblər, torpaqlarımızın düşmən tapdağından azad edilməsi kimi müqəddəs yolda həyatını itirənlərin yaxınlarına baş sağlığı veriblər. 

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

Hazırda 1245 nəfər hərbi qulluqçumuz tibb müəssisələrində müalicə olunur.