XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 15:43

Baş ravvin:“Hər şəhidin xatirəsi bizim üçün əzizdir”

“Bugünkü dualarımız şəhidlərimizin xatirəsini yad etmək üçün edə biləcəyimiz ən kiçik işdir”.

Bunu jurnalistlərə Avropa yəhudilərinin Azərbaycandakı sinaqoqunun baş ravvini Şneor Segal deyib.

“Onlar bizə qələbə hədiyyə etdilər, torpaqlarımızı işğaldan azad etdilər və biz ora qayıda bilərik. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər şəhidin xatirəsi bizim üçün əzizdir, vacibdir”, – o bildirib.

Baş ravvin həmçinin bundan sonra Azərbaycan oğullarının artıq can vermək məcburiyyətində qalmayacağına ümid etdiyini dilə gətirib: “Sinaqoqda, məsciddə və ya kilsədə hamımız Allaha dua edirik ki, şəhidlərimizin ruhu cənnətə getsin, onların uşaqları və ailələri yalnız sevinc və xoşbəxtlik görsünlər”. (report)