XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 19:59

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb –Detallar

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovla Bolqarıstan Respublikasının Baş nazirinin ədliyyə islahatları üzrə müavini, Xarici İşlər naziri Yekaterina Zaxariyeva arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.