XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 20:50

Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edibVİDEO

Bu gün Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərdə səfərdə olublar.

Onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət ediblər.

Ziyarət zamanı monastrda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb.

Belə ki, erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləcəyini bildiriblər. Daha sonra mübahisə öz həllini tapıb və alban-udilər ibadətlərini ediblər.