XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 16:05

“Əgər belə bir iradə varsa, mənim üçün problem deyil” –Əsəd növbədənkənar seçkiyə razılıq verdi

esed

Suriya prezidenti Bəşər Əsəd növbədənkənar prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib.

Apa-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o bu addımı Suriya xalqının istəyəcəyi təqdirdə atacağını bildirib.

“Bu, Suriya xalqının mövqeyindən asılıdır. Əgər belə bir iradə varsa, mənim üçün problem deyil. Bəzi müxalif qüvvələrin deyil, xalqın iradəsi ilə hesablaşmaq təbiidir”, – deyə o vurğulayıb.

Bununla yanaşı B. Əsəd qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi hazırkı siyasi prosesin tərkib hissəsi kimi irəli sürülməyib.