XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2020 - 13:35

İtaliyalı deputatlar işğaldan azad edilən Ağdam şəhərinə səfər ediblər –FOTOLAR

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərinə səfər ediblər.

İtaliyalı deputatlar işğaldan azad edilmiş şəhərdəki vəziyyətlə yerində tanış olublar.

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edirlər.

Qeyd edək ki, italiyalı deputatlar dünən oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər. /APA