XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

06 Dekabr 2020 - 16:46

Türkiyə Milli Müdafiə Nazirliyi:"Monitorinq Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün əməkdaşlıq davam etməkdədir”

“Türkiyə və Rusiya arasında imzalanan memorandum əsasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün əməkdaşlıq davam etməkdədir”.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayınlanan görüntülü mətbuat büllettenində bildirilib.

Qeyd olunub ki, türkiyəli mütəxəssislər Azərbaycanın  Ermənistanın işğalından azad edilmiş ərazilərində Azərbaycan Ordusuna dəstək fəaliyyətini də davam etdirir: “Mina və partlayıcıların aşkarlanması və məhv edilməsi, təmizlənməsinə dəstək verilir, eləcə də bu istiqamətdə təlimlər davam etdirilir. Bütün imkanlarımızla hər zaman kədərimiz, sevincimiz bir olan azərbaycanlı qardaşlarımızın yanındayıq”.