XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 17:12

Əkrəm Əylisliyə qarşıcinayət işi açıldı

ekrem

Yazıçı Əkrəm Əylisliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Strateq.az xəbər verir ki, bu barədə “Turan” agentliyinə onun oğlu Nəcəf bildirib.

Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıqda ittiham olunur.

Bununla belə, yazıçının pasportunu qaytarıblar.

Qeyd edək ki, CM-in 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur