XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 11:52

Həftəsonu yaşayış yerini tərk edən 14 nəfər koronavirus xəstəsi saxlanılıb –DİN

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, onlardan 13 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Onların 10-u barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.