XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 11:41

Azərbaycanın xarici işlər naziri Tehrana gedir –İran XİN

Azərbaycanın xarici işlər naziri İrana səfər edəcək.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bu barədə həftəlik mətbuat konfransında İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

O deyib: “Azərbaycan Respublikasının xarici işlər naziri Çərşənbə günü Tehrana gələcək”.

Səid Xətibzadə dekabrın 9-da baş tutacaq səfər barədə əlavə məlumat verib: Ceyhun Bayramov vəzifədaşı Məhəmməd Cavad Zəriflə yanaşı, prezident Həsən Ruhani və parlament sədri Məhəmməd Baqir Qalibaf, habelə Ali Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxani ilə görüşəcək.