XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 12:14

Azərbaycan və Dünya Bankı yeni dəmiryol layihəsi hazırlayır

demiryolu.jpg

Azərbaycan və Dünya Bankı ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə (“Azerbaijan Railways & Logistics Modernization Program”) yönələn yeni layihə hazırlayır.

Bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Bankdan verilən məlumata görə, ümumi dəyəri 800 mln. ABŞ dolları həcmində (indikativ göstərici) qiymətləndirilən layihənin 400 mln. dolları (ilkin təxmini rəqəm) Dünya Bankı tərəfindən ayrılacağı nəzərdə tutulub.

“Kreditin son həcmi bir çox amillərdən asılı olacaq və yalnız layihə hazırlandıqdan sonra məlum olacaq. Tərəflər arasında razılıq əldə olunarsa, layihə Bakı-Şimal Sərhəd dəmiryol xəttinin modernizasiyasına yönəldiləcək”, – deyə bankdan bildirilib.

Dünya Bankından həmçinin bildirilib ki, daha ətraflı məlumat texniki işlər başa çatdıqdan sonra mövcud olacaq.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyədək bank Azərbaycana 50-dən çox layihə üzrə 3,5 mlrd. dollardan çox kredit ayırıb.