XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 14:11

Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək –Səfir

Bu il həm Ermənistan, həm də Azərbaycan üçün gərgin keçib, iyulda və payızda iki ölkə arasında açıq münaqişə baş verib.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” səhifəsində yazıb.

Səfir bildrib ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhərini geri qaytarıb, hər iki tərəf itkilərə məruz qalıb və əraziyə Rusiya qüvvələri yerləşdirilib.

Z.Qros əlavə edib ki, Fransa beynəlxalq qanunu, BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk qrupunun prinsiplərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dstəkləməkdə davam edəcək.