XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 15:26

“İşğaldan azad olunan bölgələrin bərpası üçün bəzi ölkələrə dəvət göndərilib” –Prezident İlham Əliyev

“Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdı. Və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyümüzü bərpa etmişik”.

Bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“İndi bərpa dövrü başlayır. Genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri ilk növbədə bu işlərdə iştirak edəcəklər. Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, rekonstruksiya, yenidənqurma işlərində fəal iştirak eləsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə bildiyim kimi videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Bir də demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər”, – deyə Prezident əlavə edib.