XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 20:11

“Hətta inanmaq belə çətin idi ki, Ağdamda nə zamansa insanlar yaşayıb” –Ettore Rosato

Hətta inanmaq belə çətin idi ki, Ağdamda nə zamansa insanlar yaşayıb.

Trend-in məlumatına görə, İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato Prezident İlham Əliyevin qəbulunda olarkən Azərbaycanın münaqişədə həyatını itirən mülki şəxslərinə görə başsağlığı verib.

Gəncə və Ağdama səfərlərinə toxunan sədr müavini bildirib ki, 30 illik işğal dövründə Ağdamda törədilmiş viranəliyin şahidi olublar. “Hətta inanmaq belə çətin idi ki, burada nə zamansa insanlar yaşayıb”, – deyə vurğulayıb.