XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 17:59

Daha 4 koronavirus xəstəsinə cinayət işi başlanılıb –DİN

Daxili işlər orqanları tərəfindən COVID-19 xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi nəzərətdə saxlanılmaqla aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Lakin virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən aktiv koronavirus xəstələri olan 25 yaşlı Kənan Budaqov, 50 yaşlı Məryəm Əliyeva və 29 yaşlı Oruc Məmmədov, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən isə 56 yaşlı Gülnarə Quluzadə ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onlar barəsində toplanan materiallar müvafiq rayon polis idarələrinin istintaq şöbələrinə göndərilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.