XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 19:45

Milyonçular bu ölkələri tərk edir- Siyahı

«New World Wealth» konsaltinq şirkəti milyonçularının sayı azalan ölkələrlə bağlı hesabat hazırlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hesabata görə, siyahının lideri Fransadır. Bu ölkəni son bir ildə 10 min milyonçu tərk edib. Bununla da Fransadakı milyonçuların sayı 323 minə düşüb.

İkinci yerdə Çin gəlir ki, son bir ildə bu ölkədən sərvəti ən azı 1 milyon dollar olan 9 min zəngin gedib.

Siyahının üçüncüsü İtaliyadır. Bu ölkə bir il ərzində 6 min milyonçusunu itirib. Növbəti yerləri ardıcılıqla Hindistan (4 min), Yunanıstan (3 min), Rusiya (2 min), İspaniya (2 min), Braziliya (2 min) tutur.

Hesabat müəllifi 6-cı yerdə olan Rusiyanın milyonçularının sayında 2 faizlik azalma olduğunu və hazırda bu ölkədə 127 min milyonçunun qaldığını bildirir.

Milyonçuların üz tutduğu ölkələr arasında liderlik isə Avstraliyanındır. Son bir ildə bu ölkəyə 8 min milyonçu köçüb.