XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 11:26

“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi və vəsaitlərə nəzarət qaydası təsdiqləndi –Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Strateq.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Abdullayev Çingiz Akif oğlu

Alızadə Sevinc Əsgərxan qızı

Aslanov Novruzəli Davud oğlu

Aşina Məsud

İbrahimov Mənsum İsrafil oğlu

İsgəndərov Anar Camal oğlu

Qasımov Balakişi Ələkbər oğlu

Novruzov Cahangir Mütəllib oğlu

Ramaldanov Şair Ramaldan oğlu

Səfərəliyeva Rəna Teymur qızı

Zəkiyev İlham Əzizağa oğlu.

***

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılmasına və ondan istifadəyə nəzarət qaydası müəyyənləşib.

Strateq.az xəbər verir ki, Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Himayəçilik Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında Fondun xərc istiqamətlərini müəyyən edir.

Eyni zamanda Dövlət Agentliyi Fonda daxil olan vəsaitin xərclənməsi istiqamətlərinə dair təkliflərini Himayəçilik Şurasına təqdim edir, Himayəçilik Şurasının qərarına əsasən Fondun vəsaitinin idarə edilməsi ilə bağlı cəlb edilmiş kənar auditor yoxlamalarının keçirilməsinə lazımi şərait yaradır. Həmçinin Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, eləcə də digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim edir.