XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 11:36

Hərbi təyyarələr Qələbə paradına hazırlıq uçuşları keçiriblər –FOTO

Azərbaycan Ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradın hazırlıqlarını davam etdirir.

Strateq.az Report-a istinadla xəbər verir ki, dekabrın 8-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə və helikopterlərin Bakı səmasında hazırlıq uçuşları həyata keçirilib.

Eyni zamanda, hərbi parada şəxsi heyətin hazırlığı ilə əlaqədar məşqləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın edərək düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.