XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 05:56

Rusiyada Qarabağ müzakirəsi – Elmar Məmmədyarov Lavrovla görüşəcək

Azərbaycnın və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov bu gün Moskvada görüşəcəklər.

Rusiya XİN-dən verilən məlumata görə, tərəflər mayın 25-də keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarımı müzakirə edəcəklər.

Moskvada səfərdə olan Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu rusiyalı həmkarı ilə regional və baynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.

Bundan əlavə, E.Məmmədyarovun Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirin müavini Dmitri Roqozin ilə görüşləri nəzərdə tutulub.

Ekspertlər Azərbaycanın yüksək vəzifəli şəxsinin Moskvaya səfərini “başadüşülən addım” kimi dəyərləndiriblər. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin sammitində Azərbaycanla bağlı məsələlərin bir o qədər də diqqətə alınmaması Qafqazın bu lider ölkəsinin Rusiya ilə bütün sahələrdə münasibətlərinin daha da inkişaf etdirilməsinə məntiqli əsas yaradıb. Bu baxımdan indiki səfər vacibliyini qoruyub saxlayır(Anspress).

Xatırladaq ki, bu il Rusiya və Azərbaycan arasında ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb və Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracını gücləndirmək üçün tədbirlər görülüb.