XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 14:08

“TRT Haber”:"Ərdoğan sabah Azərbaycana gələcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah (dekabrın 9-da) Azərbaycana səfər edəcək.

Bu barədə məlumatı TRT Haber yayıb.

Məlumata görə, dövlət başçısının Azərbaycana səfəri iki gün davam edəcək.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulmasını müzakirə edəcək.

Qeyd olunub ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, habelə Qarabağdakı son vəziyyət də müzakirə olunacaq/Report.