XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 15:33

Şahmar Mövsümov:“Peyvəndlə bağlı prosesləri izləyirik və danışıqlar aparırıq”

“Biz dünyada vaksinlə, peyvəndlə bağlı prosesləri izləyirik və danışıqlar aparırıq”.

Strateq.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər vaxt lazımdır və onların böyük həcmdə qısa müddətdə hazırlanması hələ ki, mümkünsüzdür: “Ümid edirik ki, ən təhlükəsiz vaksinlərdən alıb Azərbaycanda peyvəndləşməyə başlayacağıq. Bəzi hallarda insanlar evdə özünü müalicə ilə məşğul olurlar və ağırlaşan zaman xəstəxanaya müraciət edib reanimasiyaya yerləşdirilirlər. Dövlət bu gün pulsuz tibbi xidmət göstərir, ona görə də evdə özünü müalicəyə ehtiyac yoxdur. Bu səbəbdən vaxtı-vaxtında polikliniklara müraciət etmək lazımdır”.