XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 18:44

Türk qoşunları Suriyanın şimalından geri çəkilir –6 baza ləğv edilib

Türk birlikləri Suriyanın şimalındakı Hələb əyalətindən ağır silahları geri çəkməyə başlayıb.

Strateq.az “əl-Məyadin”ə istinadla xəbər verir ki, TSQ bölmələri Hələbin cənub-qərbindəki əl-Rəşədin bölgəsində yerləşən müşahidə məntəqəsini tərk edib.

Bu, Türkiyə qoşunlarının Suriyanın şimalından çəkildiyi altıncı müşahidə məntəqəsidir.

Bundan əvvəl onlar Suriyanın şimalında qurduqları bir neçə bazadan və müşahidə məntəqəsindən geri çəkilib.

Bu ilin əvvəlində Suriya ordusunun irəliləməsindən sonra 11 türk nəzarət məntəqəsi rəsmi Suriya qüvvələri tərəfindən mühasirəyə alınıb.

Bununla belə, türk qoşunlarının sayı artmağa davam edir. Yeni atəşkəsdən bəri İdlibə daxil olan hərbi nəqliyyat vasitələrinin sayı 5450-yə çatıb.