Türkiyənin Milli Müdafiə Nazirliyi Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.
Strateq.az xəbər verir ki, paylaşımda deyilir: “Bir Vətən Hərəkatı”nın uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”.