XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 09:32

Ötən gün 26 COVID-19 xəstəsinə cinayət işi başlanılıb –DİN

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, onlardan 26 nəfəri evlərinə qayıtarılıb, 1 nəfər daha ağır COVID-19 xəstəsi isə xəstəxanaya yerləşdirilib.

Onlardan 26 şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.