XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 22:21

Pakistandan şok addım:Bir terror hadisəsinə görə 5000-dən çox həbs

 

Pakistan'daki saldırı sonrası beş bin kişi gözaltında

Pakistan terorizmlə mübarizədə “baltanı lap dibindən vurub”.

Strateq.azın birldirdiyinə görə, Lahor şəhərində ötən həftə meydana gələn terror hücumunda iştirak şübhəsilə 5000-dən artıq adam saxlanılıb. Onlardan yalnız 216-sı sərbəst buraxılıb.

Qeyd edək ki, Bazar günü vətəndaşların Pasxa gününü qeyd etmələri əsnasında baş verən intihar hücumunda 70-dən çox adam ölmüş, 100-dən artıq adam yaralanmışdı. Zərərçəkənlərin əksəriyyətinin qadın və uşaq olduğu bildirilirdi.

Pəncab əyalətinin rəsmi nümayədəsi Rəna Sanaullah 29 martda başladılan saxlama prosesinin polis idarəsinin terrorla mübarizə şöbəsi və əks-kəşfiyyat qrupu tərəfindən həyata keçirildiyini və gələcəkdə əməliyyatlara hərbi birləşmələrin qatılacağını açıqlayıb.

İntihar hücumunu Pakistan “Taliban”ından ayrılan "Cəmaat ül-Əhrar" qrupu öz üzərinə götürmüşdü. Məlumatdan belə aydın olur ki, terrorun qarşısını kəsmək istəyən Pakistan polisi sözügedən camaata aid olduğundan şübhələndiyi hər kəsi nəzarət altına alır.

Bu ehtimalı Pakistanın baş naziri Navaz Şərifin etirafları da təsdiqləyir. 28 martda xalqa səslənən baş nazir camatın bütün üzvlərinin həbsə atılacağını demişdi.