XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 11:28

Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçilib

Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı əsasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin  edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Azərbaycan Respublikası Hesablama Palatasının sədri seçilib.