XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 12:24

Zəfər Gününün qeyri-iş günü olması ilə bağlı qanun layihəsi qəbul edilib –Milli Məclis

Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşa müzakirəyə çıxarılıb.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.