XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 13:38

Türkiyə XİN:"İki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səfərlərinə imkan verən protokolun imzalanmasından məmnunuq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında 9-10 dekabr 2020-ci il tarixlərində dost və qardaş Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinə imkan verən protokolun imzalanmasından böyük məmnunluq duyuruq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsindən dərhal sonra 25 fevral 2020-ci il tarixində iki ölkə vətəndaşlarının vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılmışdı: “Türkiyə xarici işlər naziri azərbaycanlı həmkarı ilə 10 dekabr tarixində imzaladığı bu protokolla iki ölkə vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə Türkiyə və Azərbaycana gedə biləcəklər”.