Binəqədi rayon ərazisində olan yaşayış binasında baş verən yanğın hadisəsindən sonra, Prezident tərəfindən təhlükəli üzlüklərin bütün binalardan sökülməsinə dair tapşırıq verildi. Strateq.az-ın əməkdaşlarının şəhərin müxtəlif yerlərində apardığı müşahidələrdən sonra məlum olub ki, yaşayış binalarından yanğın üçün təhlükəli olan material sökülsə də, dəmir karkaslara toxunulmur. Əməkdaşlarımız Mətbuat prospektində işlərin gedişilə yaxından tanış olublar. Müxbirimizin verdiyi məlumata görə, söküntü və bərpa işlərinə “Socar” və “Gilan”ın əməkdaşları cəlb edilib. Strateq. az eyni zamanda, binalara vurulacaq yeni üzlüklərin fotolarını da əldə edib. Həmin fotoları eksklüziv olaraq təqdim edirik:
Strateq.az