XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2020 - 20:25

Türkiyə səfiri İran XİN-ə çağırıldı –Şer qalmaqalı

Türkiyənin İrandakı səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.

Strateq.az ISNA-ya istinadla xəbər verir ki, səfir Dərya Örsə Türkiyə prezidenti Ərdoğanın dekabeın 10-da Bakıda keçirilən paradda oxuduğu şerlə bağlı etiraz bildirilib.

“Türkiyə səfirinə xarici siyasətin xəyallara istinadla qurulmasının ağıllı iş olmadığını söyləyiblər. Türkiyədə tarixi yaxşı bilənlər çoxluqdad;r. Şerləri oxumazdan əvvəl hökumət rəsmiləri onların mənşəyini xatırlamalıdır. Qeyrətli, əziz İranın bir hissəsi olan Azərbaycan hər zaman vətənin qalası olub”.

Bunu öz “Tvitter” hesabında İran XİN-in sözçüsü Səid Xətibzadə yazıb.