XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2020 - 19:28

Sərtləşdirilmiş xüsusi karantin rejimi:fərdi avtomobillərin hərəkəti ilə bağlı məsələyə aydınlıq gətirilib

Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) müvafiq icazəsi olan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə “icaze.e-gov.az” portalında qeydiyatda keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsindən istifadə edə bilər.

Bunun üçün əlavə icazə almaq tələb olunmur. Müvafiq icazəsi olmayan şəxslərin isə həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət daşıyır.