XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 08:05

Ərdoğan Obama ilə görüşdü –İŞİD-lə mübarizə müzakirə olunub

erdogan-ileobama

Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşüb. 

Strateq.az Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, Obama-Ərdoğan görüşü Türkiyə vaxtı ilə saat 04.25-də başlayıb və 50 dəqiqə davam edib. Bu da görüşün gözləndiyindən daha uzunmüddətli olması ilə bağlı şərhlərin verilməsinə səbəb olub.

Ağ Evdən görüşlə bağlı verilən açıqlamada qeyd edilib ki, dövlət başçıları regional təhlükəsizlik, terrora qarşı mübarizə və miqrantlarla bağlı Türkiyə-ABŞ əməkdaşlığını  müzakirə ediblər.

Eyni zamanda İŞİDƏ qarşı mübarizədə əlavə tədbilər də müzakirə mövzusu olub.

Strateq.az