XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 10:07

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb –DİN

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar  nəticəsində rayonun Poylu qəsəbə sakini Hidayət Hüseynovun koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduğu halda yaşadığı evi tərk etməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə H. Hüseynov evə göndərilib,  barəsində RPŞ-də araşdırmalar davam etdirilir.