XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 16:39

Bu il 1500 şəhid ailəsinə mənzil veriləcək –ƏƏSMN

“Bu il 1500 şəhid ailəsinə mənzil veriləcək”. 

Bunu bu gün keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, 2020-ci ildə artıq 1100-dən artıq mənzil şəhid ailələrinə təqdim edilib: “Hazırda qalan ailələrə də mənzillərin verilməsi ilə bağlı işlər görülür. İlin sonuna qədər qalan mənzillər də şəhid ailələrinə təqdim ediləcək”.

Şöbə müdiri bildirib ki, bu il həmçinin müharibə əlillərinə 400 avtomobilin verilməsi nəzərdə tutulur:” Artıq həmin şəxslərin bəzilərinə avtomobillər təqdim olunub. İlin sonuna qədər həmin rəqəm 400-ə çatdırılacaq”.