XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 20:18

“Qarabağda 70-dən çox dini abidəyə zərər dəyib” –Rusiya Müftilər Şurasının sədri

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru “Görüş mədəniyyəti: pandemiya dövründə dini etika” mövzusunda XVI Beynəlxalq Müsəlman Forumunda iştirak edib.

Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi, Beynəlxalq Müsəlman Forumunun Katibliyi və Rusiya Müftilər Şurasının birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq konfrans onlayn formada keçirilib.

Forum Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Rusiya Müftilər Şurasının sədri, müfti şeyx Ravil Qaynutdinin müraciəti ilə başlayıb.

Ravil Qaynutdin pandemiya dövründə insanların, dövlətlərin ayrı-ayrılıqda qarşılaşdıqları problemlər, o cümlədən sivilizasiyalararası toqquşmalardan bəhs edib. Daha sonra Dağlıq Qarabağ məsələsinə toxunaraq, minlərlə insanın öldüyünü, 70-dən artıq dini abidəyə zərər toxunduğunu vurğulayıb. Müfti müharibənin vurduğu zərərlərin sağalmaz olduğunu, bundan insanların daim əziyyət çəkdiklərini nəzərə çatdıraraq, forum çərçivəsində söz, vicdan azadlığı, insanların hisslərinə hörmət, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik kimi mühüm mövzulara yer ayrılmasını xüsusi qeyd edib. (report)