XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 18:38

“Azəriqaz”:ilin əvvəlindən 10 minə yaxın fərdi yaşayış evi qazlaşdırılıb

Başa vurmaqda olduğumuz 2020-ci ildə “Azəriqaz” İstehsalat Birliyi həm Bakı şəhəri və ətraf ərazilərdə, həm də regionlarda qaz çəkilişləri, eləcə də qaz xətlərinin tikinti-təmir prosesinə dair qarşıya qoyulan bir çox işlərin icrasını təmin edə bilib.

Məhz bunun nəticəsidir ki, ötən illərlə müqayisədə qaz təchizatına dair dayandırmalar və qaz təminatında təzyiqlə bağlı çətinliklərin əksəriyyəti demək olar ki, həllini tapıb.

“Azəriqaz”dan verilən məlumata görə, 2020-ci il üzrə qazlaşdırılması nəzərdə tutulan 43 yaşayış məntəqəsi və 43 yaşayış massivindən artıq 26 yaşayış məntəqəsində 2 884 fərdi yaşayış evi, 34 yaşayış massivində 6 680 fərdi yaşayış evi təbii qazla təmin edilib. 14 yaşayış məntəqəsi və 5 yaşayış massivində isə işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 3 yaşayış məntəqəsi və 4 yaşayış massivində isə qazlaşdırma işləri davam etdirilir.